Şimali və Cənubi Koreyadan olan musiqiçilərdən ibarət orkestrin iştirakı ilə konsert keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, konsertə Şimali Koreya lideri Kim Çen İn və həyat yoldaşı Ri Sol Yu da qatılıb.
Beləliklə, Şimali koreyalı bir lider paytaxt Pxenyanda Cənubi koreyalı musiqiçilərin təşkil etdiyi konsertdə ilk dəfə iştirak etmiş olub.