8 Aprel 2018 00:36
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər