5 İyun 2018 08:18
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində restoran müştərilərindən biri maraqlı hadisənin şahidi olub. O, xərçəngin qaynayan sudan xilas olmaq üçün qolunu kəsdiyini lentə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Taiwan News” yazıb.

Jiuka adlı şahidin sözlərinə görə, xərçəngləri bişirmək üçün qaynar suya atıblar. Ancaq onlardan biri qabın kənarına çıxa bilib. Daha sonra xilas olmaq üçün qolunu kəsib.

Juika həmin xərçəngi özü ilə evə aparıb və akvariuma salıb.

Qeyd edək ki, xərçənglər qollarını bir neçə dəfə itirə bilirlər. Bir qayda olaraq xərçəngin qolları sonradan bərpa olunur.


Müəllif: Ruslan

Oxşar xəbərlər