11 İyun 09:00

Yaponiyanın Okinava vilayətinin sahillərində qəzaya uğrayıb dənizə düşmüş ABŞ HHQ-nin F-15 qırıcı təyyarəsinin heyəti Yaponiya müdafiə qüvvələri tərəfindən xilas edilib.

Tərkib sayı dəqiq bəlli olmayan qırıcının heyəti təyyarəni tərk etməyə nail olub və yapon müdafiə qüvvələri tərəfindən xilas edilib.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında ABŞ HHQ-nə məxsus Okinavada yerləşən Kadena hərbi bazasının F-15 qırıcısı Naxa şəhərindən 80 kilometr aralıqda dənizə düşüb. İlkin məlumata əsasən qəza təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib.


Müəllif: Mənbə/Trend
Загрузка...