Bakıda 18 aylıq uşaq dəmir pul udub. Həkimlər vaxtında xəstəxanaya çatdırılan uşağın həyatını xilas edə biliblər.
Heç bir zədələmə olmadan qəpik qida borusundan çıxarılıb.
Həkim Habil Hüseynov valideynləri belə risqlərlə qarşılaşmamaq üçün diqqətli olmağa səsləyir. Onun sözlərinə görə, xüsusən 2-3 yaşlarında uşaqlar yad cismlərdən ciddi qorunmalıdır. Çünkü bu yaş qurupu uşaqlar əşyaları daha çox dodaqları ilə hiss etməyə çalışırlar.
Odur ki, siz də övladlarınızı qoruyun ki, bu kimi risqlərlə qarşılaşmayasız.