28 İyun 2018 01:12
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hüquq mühafizə orqanları qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryan polisə təslim olub.

Teleqraf.com xəbər verir ki, bu haqda “Sputnik-Armeniya” məlumat yayıb.

Qeyd edək ki, Manvel Qriqoryan Cəbrayıl və Füzulinin işğalı ilə bağlı əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib.

O, hətta azərbaycanlı əsirlər Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər