6 İyul 2018 11:16
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Şərqi Türküstanda baş vermiş qətliamın 11-ci ildönümü münasibətilə paytaxt Urumçidə yürüş keçirilib.

Teleqraf.com xəbər verir ki, polis qüvvələri Çin konsulluğunun qarşısından başlayan yürüşə müdaxilə edilib.

Etirazçılar Çinin dövlət başçısı Xi Xinpinqin şəkillərini yandırıblar.

Nümayişdə 11 il əvvəl Çin rejimi tərəfindən Şərqi Türküstanda keçirilmiş etiraz aksiyaları vaxtı törətdiyi qətliam pislənilib.

1990-cı illərdən bu günədək Çin polisi və hərbi qüvvələri tərəfindən 5 milyon uyğurun öldürüldüyü diqqətə çatdırılıb.

Nümayişin bəyanatı səsləndirilikdən sonra Çin konsulluğuna girmək istəyən etirazçıların qarşısı zorakılıqla alınıb. Nəticədə qarşıdurma yaranıb. Uzun müddət davam edən qarşıdurma mitinq təşkilatçılarının tələbilə yatırdılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər