Peterburqun Nevskiy rayonunun polisi Azərbaycan vətəndaşının ölümü faktı ilə bağlı araşdırma aparır.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan 60 yaşlı kişinin meyiti dünən axşam saatlarında Yesenin adına parkda aşkarlanıb. O, Okkervil çayında boğularaq ölüb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.