20 İyul 2018 09:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Osmalıspor”un və Türkiyə milli komandasının üzvü Serdar Gürler bahalı avtomobili ilə qəzaya düşüb.

Teleqraf.com “Hürriyet”ə istinadla xəbər verir ki, qəza Anadolu magistralının Düzcə hissəsində baş verib. Lamborghini markalı avtomobili ilə yol kənarındakı səddə çırpılan Serdar qəzanı xəsarətsiz ötüşdürüb. Onun yanındakı Anıl Karaer yüngül xəsarət alıb.

Fakla bağlı araşdırma aparılır.


Müəllif: Ruslan