23 İyul 2018 10:45
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda hamilə qadın ölüb.

Məlumata görə, Lənkəran şəhəri, Sahil 32 ünvanında yaşayan 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümid qızı hamiləliyini sonlandırmaq məqsədilə güclü dozada dərman qəbul edib.

Vəziyyəti ağırlaşan G.İbrahimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə yerləşdirilib. Xəstəxanada ona 16 həftəlik hamiləlik diaqnozu qoyulub. Həkimlərin müayinəsi zamanı məlum olub ki, dərmanın təsirindən ana bətnində fəsadlaşma yaranıb, kəskin qanaxma olub. Nəticədə G.İbrahimova dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər