Səudiyyə Ərəbistanının Məkkə şəhərində ziyarət vaxtı Kəbənin qapısına çıxıb açmaq istəyən şəxsə polis müdaxilə etməli olub.
Teleqraf.com xəbər verir ki, polisin müdaxiləsindən sonra qapını açmaq istəyən şəxs yerə yıxılıb.
Saxlanılan şəxs prokurorluğa aparılıb və məlum olub ki, onun psixoloji problemləri var.
Hadisənin görüntüsü sosial şəbəkədə yayılıb.