Bu ilin əvvəlindən Ukrayna sularında 874 nəfər boğularaq ölüb, onlardan 88 nəfəri uşaqdır.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hesabat dövründə suda boğulan 593 nəfər, o cümlədən 110 uşaq xilas edilib.
Son bir həftədə 81 nəfər suda boğulub.
Dövlət Xidməti əhalini istirahət edərkən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
/Azərtac/