ABŞ-ın Florida ştatında "Jacksonville Landing" əyləncə mərkəzində atəş açan şəxs "Madden NFL" videooyununda məğlub olduqdan sonra bunu edib.
Teleqraf.com xəbər verir ki, atəş açan şəxs bir neçə nəfəri qətlə yetirdikdən sonra, intihar edib.
Yarışmanın digər iştirakçısı Stiven Javaruskinin sözlərinə görə, geymer, məğlub olduqdan sonra, silahı götürərək bir neçə nəfəri öldürüb.
CBS telekanalının məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.