29 Avqust 2018 00:45
3 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çankırı əyaləti, Orta rayonu, Yaylakənd bələdiyyəsinin ərazisində niqablı qadının mikroavtobusun arxasına bağlanaraq daşınması faktı üzrə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Çankırı prokurorluğu hərəkətdə olan 34 RA 4649 nömrəli avtomobilin arxasına bağlanan qadının görüntülərini araşdırıb.

Araşdırmaların sonucunda məlum olub ki, qızı avtomobili arxasına valideynləri bağlayıb: "6 övladları olan ata və ana səyahət zamanı qızlarından birini avtomobilin arxasına bağlayaraq daşımaq qərarına gəliblər. Bu yol hərəkəti qaydaları və insan haqlarının kobud şəkildə pozulması, azyaşlıya qarşı qeyri-qanuni hərəkətlərə yol verilməsidir".

Vəkilin iştirakı ilə qızın ifadəsi alınıb, qəddar atanın barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər