ABŞ-ın Denevr şəhərində 9 yaşlı Jamel Myles intihar edib. Teleqraf.com xəbər verir ki, buna səbəb məktəbdə uşaqların onu ələ salması olub.
Jamelin böyük bacısı mətbuata açıqlamasında bildirib ki, qardaşı yoldaşları tərəfindən ələ salınıb: "Məktəbdəki uşaqlar ona özünü öldürməsini təklif ediblər".
Anası Leia Pierce: "Bu yaz Jamel mənə "mavi" olduğunu bildirdi və "homoseksual olmaqdan qürur duyuram. Məktəb başlayanda bunu sinif yoldaşlarıma da deyəcəm", söylədi.
Birinci günü məktəbə gedən Jamelin cəsədi bir gün sonra evində aşkar edilib.
Oğlunun homoseksual olduğunu açıqlayarkən çox qorxduğunu qeyd edən Pierce "Onu bütün hallarda çox sevdiyimi söylədim. Jamelin ölümü məktəbdə kobud rəftarın olduğunu göstərir".
Jamelin ölümündən sonra Denevr məktəblərində psixoloqlara xüsusi təlimat verilib və onların valideynlərlə görüşü təşkil ediləcək.