Bu gün səhər Çinin cənub-şərqində yerləşən Yunnan əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri əyalətin cənubundakı Szinxun şəhərindən 174 kilometr şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.