20 Sentyabr 2018 12:03
3 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi, 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini satıcılar aşkarlayıblar.

Onlar mağaza direktoruna məlumat verib və D.Timurbulatovu saxlayaraq döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər