Belçikada qaldıqları müddət üzərlərində kifayət qədər pul olmadığı üçün ana və 9 aylıq körpənin ölkəyə girişinə icazə verilməyib.
Teleqraf.com xəbər verir ki, serb turist Belçikaya daxil olan zaman saxlanılıb və sorğu-sual edilib.
Bunun ardınca qadın və 9 aylıq körpə həbs olunub. 4 gün hava limanı polisində saxlanılan ana və körpənin ölkəyə girişinə icazə verilməyib. Daha sonra onlar Serbiyaya deportasiya olunub.
Belçika polisi isə bildirib ki, qadının üzərində cəmi 300 avro pul olub, onun Belçikada qalması üçün isə 720 avro lazım imiş.