Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası başqanı İsa Qəmbərin müxalifətin mitinq keçirməsinin zəruriliyilə bağlı fikirlərinə münasibət olaraq bildirib.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyası mitinq əvəzinə 2 ildən artıqdır yubanan qurultayını keçirsə, daha yaxşı olar.
Qeyd edək ki, İ.Qəmbər bu gün Müsavat Partiyasında kütləvi etiraz aksiyası ilə bağlı müzakirələrin getdiyini bildirib: "Hesab edirəm ki, həbs olunan şəxslərlə bağlı yaxın günlərdə mitinq keçirmək olar”.
N.Orduxanlı buna münasibət olaraq deyib ki, istənilən partiya mitinq keçirtməkdə sərbəstdir: "Bu bizim konstitutsiya hüqüqumuzdur. Kim buna qarşı ola bilər ki? Azərbaycanda sərbəst toplaşmaq azadlığı mövcuddur. Bu hüquqdan da istifadə olunur. Müsavat Partiyası son vaxtlar siyasi proseslərdə görünməməsini və yenidən siyasi aktivliyini mitinq keçirtməklə başlamaq istəyir. Məncə, bu gün Azərbaycan cəmiyyətinin mitinqlərdə iştirak etmək göstəricisi hamıya məlumdur. Müsavat Partiyası Milli Şurada olanda keçirdikləri mnitinqə 3-5 min-dən artıq adam gəlməyib. Partiyanın təkbaşına keçirəcəyi mitinqdə aktivliyin olmayacağını indidən söyləmək mümkündür".
Ayxan