14 Oktyabr 2018 12:42
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyaları oğurlanıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Mərdiyev saxlanılıb.

Cinayətin daha bir iştirakçısının şəxsiyyəti müəyyən edilib. Bakı şəhər sakini olan həmin şəxsin tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov