20 Oktyabr 2018 13:05
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zəyəm kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşması nəticəsində rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hacı Musayeva tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov