Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində yaşayış evinə qanunsuz daxil olaraq oradan pul oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə Lənkəran rayonunun Sütəmurdov kənd sakini Q. Axundov DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edib.
O, axşam saatlarında evdə olmadığı zaman naməlum şəxs və ya şəxslərin ona məxsus yaşayış evindən 1200 manat pulu oğurladığını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Lənkəran sakinləri Şəhriyar Şükri, Elçin Hüseynov və Elvin Cəbrayılov olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan hər 3 şəxs istintaqa təqdim edilib və törətdikləri oğurluq əməlini etiraf ediblər
Faktla bağlı araşdırma aparılır.