Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
Hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.
Qeyd edək ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.