Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın Azərbaycanda akkreditə olunmuş səfiri Jozef Miqası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov səfir J.Miqasa gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunaraq, müqavilə-hüquq bazasının genişləndirilməsi və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Səxavət