15 Dekabr 2018 17:59
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda avtomobil yanıb.

Hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı, 48 AA 048 dövlət qeydiyyatı nişanlı avtomobil anidən alışıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və avtomobilin tamamilə yanmasının qarşısı alınıb. Ancaq maşının mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, avtomobil Oğuz rayon Təhsil şöbəsinə məxsusdur./Report/


Müəllif: Teleqraf.com