İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb.
Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.
Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.
Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.