Tərtər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sarov kəndindəki qəbiristanlıqdan aliminiumdan düzəldilmiş bəzək əşyalarının oğurlanması barədə Tərtər rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi oğurluq əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.