Bakıda 5 yaşlı uşğın itkin düşməsi barədə polisə məlumt verilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.