Bakının Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 19-da, gecə saat 2 radələrində rayonunun Korgöz qəsəbəsi ərazisində qeydə alınıb.
Lökbatan qəsəbə sakini R.Nəhmədov və Sumqayıt şəhər sakini H.Hüseynov 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülüblər.
Hər iki zərərçəkmiş baş verən olayla bağlı 10-cu polis bölməsinə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat pulunu almaları da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.