Almaniya hökuməti İŞİD təhdidinə qarşı İraq Kürd Regional rəhbərliyinə silah yardımı etmək qərarı alıb.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel başçılığında keçirilən Nazirlər Kabinetinin konfransında Peşmərgə qüvvələrinə silah yardımı barədə qərar verilib. Almaniya 4 min peşmərgəni silahla təmin edəcək.
Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və Müdafiə naziri Ursula fon der Lyayen tərəfindən açıqlanan qərara görə, Almaniya iraqlı kürdlərə 30 “Milan” tipli tanksavar, 500 tanksavar mərmisi, 10 min əl bombası, 8 min G3 və G36 tipli silah göndəriləcək.
Almaniya həmçinin humanitar yardım çərçivəsində 50 milyon avro da maddi kömək edəcək.