Səhiyyə Nazirliyi Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, təcili tibbi yardıma 22 nəfər müraciət edib. Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların 5-i xəstəxanaya yerləşdirilib. Digərlərinə isə lazımi tibbi yardım göstərilib və evə buraxılıb.
Tibbi yardım briqadası hadisə yerinə çatana qədər 2 nəfər dünyasını dəyişiblər.