İrəvanda dözülməz sosial duruma etiraz olaraq vətəndaş avtomobilini meriya binası önündə yandırmağa çalışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Tert.am" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə paytaxt İrəvanda baş verib.
Narazı sakin "Niva" markalı avtomobili meriya binasının əsas girişinin pilləkəni qarşısına sürüb və maşın və uzun müddət qapı qarşısında dayanıb.
Sürücü avtomobilinə benzin tökməyə və onu yandırmağa çalışıb, ancaq buna müvəffəq olmayıb.
Hadisə yerinə FHN və polisin əməkdaşları cəlb edilib.