13 Mart 2019 13:35
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.

Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov