24 Mart 2019 08:58
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Botsvananın Kanye şəhərində yerləşən kilsədə keşiş insanlara it əti yedizdirib.

Teleqraf.com xəbər verir ki, kilsənin keşişi Kennet Daniyel Mtyutu insanların qarşısında bir iti öldürərək, onun ətini çiy-çiy yeyib.

Ölmüş itin ətini “müqəddəsləşdirən” keşiş bundan sonra onu yemək üçün kilsəyə gələnlərə təqdim edib.

Mərasimdən görüntülər kilsənin Feysbuk səhifəsində paylaşılıb.

Keşiş Mtyutu öz əməli haqda “Məni ye. Kim məndən dadsa, heç vaxt ölməyəcək” deyib. Lakin o, yemək istəməyənləri məcbur etməyəcəyini də bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər