31 Mart 2019 10:00
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçiriblər.

DİN Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Xəyal" kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər