Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.