Yevlax şəhəri ərazisində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Göyçay şəhər sakini olan bir qadının içərisində 28 manat olan pul kisəsini açıq talama yolu ilə alıb.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.