Xəzər rayonunda baş verən yanğın nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində 9 saylı Vərəm xəstəxanasının yanındakı balaca həyət evində yanğın baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, ev sahibi içki aludəçisi olub.