23 Aprel 2019 02:13
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunun Zümürxan kəndində məcburi köçkünlərin məskunlaşdığı kərpic zavod adlanan ərazidə evlərin birinə ilan sürüləri hücum çəkib.

Ev sahibi Rəbiyyə Abdullayevanın sözlərinə görə, müxtəlif ölçülərdə ilanlar əsasən gündüz saatlarında evin yataq otağında görünür.

R. Abdullayeva bildirib ki,l son bir neçə gündə evin həyətində bir neçə ilan öldürsələr də, yenə də evdə ilanlar var.

Evində İlan balasını öldürən qadın ərazidə ilanlarin çox olduğunu deyir. Ötən il 120- dən çox ilan öldürüb. Təhlükəli olan sürünənlər ən çox az yaşlı uşaqlar üçün təhlükə yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər