Şamaxı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 8500 manat və 300 ABŞ dolları oğurlanıb.
Şamaxı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Çuxuryurd kənd sakini M.Bəbirova saxlanılıb.