13 May 08:06

Kataloniyada kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Periodiko" qəzeti məlumat yayıb.

Məlumata görə, İspaniyanın şimal-şərqində 12 avtomobil toqquşub. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Həkimlər 8 yaralıya hadisə yerində tibbi yardım göstəriblər. Digər xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.


Müəllif: Teleqraf.com