25 İyun 2019 21:23
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dönərxanaların birində zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhərin Nizami rayonu, Babək prospekti 65 ünvanında qeydə alınıb.

Belə ki, zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlardan 2-nin 33, digərlərinin isə 30, 26 və 24 yaşları var.

Hazırda həmin şəxslərin müalicələri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər