Bakının Yasamal rayonunda itkin düşən 9 yaşlı qız tapılıb.
Teleqraf.com xəbər verir ki, uşağın evdəkilərdən xəbərsiz gəzmək üçün parka getdiyi məlum olub.
Qeyd edək ki, bu gün Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 124 ünvanında yaşayan 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxması barədə məlumat yayılıb.
Hadisə bu gün 12:30 radələrində baş verib. Uşaq evdən çıxarkən əynində qırmızı rəngli kofta, çəhrayı rəngli şortik olub.
Uşağın itməsi barədə polisə məlumat verilib.