Kolumbiyada sürücü avtomobili kütlənin üzərinə sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin qərbində baş verib. Belə ki, idarəetmədən çıxan avtomobil idman meydançasındakı insanları vurub. Hadisə nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Onlardan 10-u uşaqlardır. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Hakimiyyət orqanları qəza ilə bağlı təhqiqata başlayıb. İlkin məlumata görə, hadisəyə nəqliyyat vasitəsinin əyləcinin sıradan çıxması səbəb olub.