Maştağa qəsəbəsində ana və azyaşlı qızı itkin düşüb.
Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb.
Sözügedən ərazidə yaşayan 1995-ci il təvəllüdlü Əhmədova Gülnar Bilal qızı azyaşlı övladı - 2014-cü il təvəllüdlü Əhmədzadə Könül Ədalət qızını da götürərək heç kəsə bir söz demədən evdən çıxıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı, 1992-ci il təvəllüdlü Məmmədov Musa Bilal oğlu məlumat verib.
Fakt üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.