16 İyul 15:37

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov