17 İyul 2019 14:02
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklə şöbəsinə aparıb.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Nazirlikdən bildirilib ki, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər