17 İyul 2019 22:13
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 16-da saat 8 radələrində Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər