2 Avqust 2019 12:52
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, avqustun 1-də rayonun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirib.

Daha sonra o, könüllü olaraq Tərtər rayon polis şöbəsinə gəlib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş “AKS” markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər