9 Avqust 2019 10:25
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfərin 83 manat pulunu quldurluq yolu ilə alıb.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı 17-ci polis şöbəsinə müraciət edib. Bildirib ki, tanımadığı şəxs onu bıçaqla hədələyib, pulunu əlindən alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Sultanov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər